Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” roman-essesinin janr forması və əsas problematikası

June 10, 2018 | Author: Salida Sharifova | Category: Documents


Comments



Description

Salidə Şəmməd qızı Şərifova filologiya üzrə elmlər doktoru AMEA Nizami adına Ədəbiyyat İnstitutu Bakı Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” romanessesinin janr forması və əsas problematikası

Keywords: emigre literature, Karabakh dialect, novel - essay, art dream Summary: The loss of independence of the ADR has brought significant changes Jeyhun Hajibeyli`s life, who was forced to continue his life in immigration in France. This had impacted a significant to Jeyhun Hajibeyli creativity. So, in his public activities, artistic and scientific creativity has been the focus of the events and processes that took place in Azerbaijan. J. Hajibeyli critical attitude to events that took place in Soviet Azerbaijan, as well as the policy of the Soviet regime in Karabakh. As a result, the leadership of the council forbade, propanda and research of J. Hacibayli`s creative. But the modern period removed this historic injustice. In recent years, various aspects of creativity J. Hajibeyli, doctors of philological Sciences Sh. Gurbanov, V.Sultanlı, A. Takhirli, A. Huseynova, doctors of philology philosophy

F. Hijran

(Valiyeva),

N. Allakhverdieva,

B. Aghayev,

researcher

M. Amrahov and others is reflected in their scientific research. İn Jeyhun Hajibeyli`s creative “A year in dreams and one whole life” work takes a special place. İn this work, written in no wide crease the novel-essay genre J. Hajibeyli had conveyed his memories (including autobiographical), religious and socio-political views to readers. Work also attracts attention as historical material about the environment. İn the topic of “A year in dreams and one whole life” lived with homeland langour Jeyhun Hajibeyli`s life pay aruesed interest. Ceyhun Hacıbəyli 1919-cu ildə Ə. Topçubaşovun başçılığı ilə Versal Sülh konqresində iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Fransaya yola düşür.

Lakin artıq geri Vətəninə qayıda bilmir. Azərbaycan Demokratik Respublikasının istiqlaliyyətini itirməsi C. Hacıbəyliyə qəriblikdə mühacir həyatını yaşamağı nəsib edir. C. Hacıbəyli Fransada məskunlaşan mühacir ziyalı kimi həyatını başa vurur. Sovet dövründə Azərbaycan mühacirət ədəbiyyatının nəşri və təbliği ideolojisiyasi

baxımdan

yasaq

edilmişdir.

Müəllifin

“İlk

müsəlman

respublikası

Azərbaycan”, “Azərbaycan”, “Azərbaycan mətbuat tarixi”, “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)”, “Azərbaycan antiislam təbliğatı və onun metodları” və bu kimi digər əsərləri Sovetlərdə birmənalı qəbul edilməmişdir, buna görə də bu əsərlərin tədqiq edilməsi “məsləhət” görülməmişdır. Sovet dövrünün süqutundan sonra C. Hacıbəyli yaradıcılığına maraq artmış, ədibin yaradıcılığı mühacirətə qədər olan 1905-1919-cu illər və mühacirət dövrü tədqiq edilmişdir. C. Hacıbəyli mühacirətdə olan zaman Qarabağ dialekti, onun folkloru, yeni yaradılmış SSRİ-də senzuranın milli ədəbiyyatlara qarşı aparmış olduğu qərəzli münasibətlər kimi aktual problemləri yaradıcılığının əsas predmetinə çevirə bilmişdir. Sovet senzura sisteminin aparmış olduğu qərəzli münasibəti və əsil üzü C. Hacıbəylinin 1934-cü ildə Parisdə “Revyue de Monde” jurnalının yanvar sayında nəşr edilmiş “SSRİ-də ziyalılar” adlı məqaləsində əksini tapmışdır: “...bir kitab dar bir körpünün üstündə rastlaşan iki tərs keçinin səhnəsini əks etdirən xalq nağılının təsvirini verdiyi üçün məhkum olundu; heç biri digərinə yol vermək istəmir və nəhayət, hər ikisi çaya yıxılır. “Oxucuda belə bir analogiya təsəvvürü yarana bilər ki, – deyə senzor yazırdı, – iki keçinin konflikti sinfi mübarizədir və sovet hakimiyyəti ilə burjuaziya biri digərinə güzəşt etməlidir, əks təqdirdə hər ikisi məhv olacaqdır.” [1, 93] Ceyhun Hacıbəylinin ömrünün son illərində qələmə almış olduğu mühacirət həyatından bəhs edən “Bir il xəyallarda və bütöv bir ömür” kitabı roman-esse janrında qələmə alınmış əsər kimi dəyər kəsb edir. Əsərin janr problematikasına toxunarkən, əsəri xüsusi struktura və intonasiyaya malik olan roman-esseyə aid etmək olar. Roman-esse müasir romançılıqda xüsusi haldır ki, informasiya obyektiv və subyektiv cəhətləri ilə fərqlənir. Bir sıra tədqiqatçılar XX əsrin ikinci yarısında Azərbaycan romançılığında yayılmağa başlayan roman-esse janrını bədii-sənədli nəsrə aid edirlər. Əksər tədqiqatçılar isə

roman-essedə bədii-publisistik nəsri görməyə meyillidirlər. Essedə sənədli və ya elmi başlanğıca

nisbətən

publisistik

başlanğıc

daha

əhəmiyyətlidir.

Romanın

essesizasiyasılaşması özü reflektor müəllif təhkiyəsi ilə bağlıdır, burada xüsusi tip mətnlər olur ki, onlar bütöv kommunikativlik (ünsiyyətlik) yaradır. Roman-essedə hadisələr məhz yazıçının şəxsiyyətini, onun daxili dünyasını və əqidəsini açıqlamağa yönəldilir. Burada insan əxlaqi, mənəvi və psixoloji problemlər öz əksini tapır. Milli ədəbiyyatda roman-esse azərbaycan müəlliflərinin fəlsəfi və ictimai-siyasi problemlər haqqında əvvəllər qələmə aldıqları fəlsəfi traktatlara əsaslanır. Esseyə dair ciddi janr tələblərinin olmadığı həm «esse nəzəriyyəsinin» formalaşması üçün çətinliklər yaradır. [3, 1] Roman-essedə avtobioqrafiklik özünü daha qabarıq göstərir. Bu özünü müəllifin öz həyat təcrübəsinə əsaslanmasında əksini tapır. “Mənim anam” başlıqlı bölmədə üç il övlad həsrəti çəkmiş, öz oğlunu və onun balaca uşaqlarını görmək ümidi ilə yaşamış və övladına qovuşmadan dünyasını dəyişmiş ananın və bu ağrıları ürəyində yaşadan övladın iztirabları əksini tapır. Anasının ölüm xəbərini Vətənindən uzaqlarda, Polşada dostlarından eşidən müəllifin daxili təlatümləri əksini tapmışdır. Burada övladlarını eyni məhəbbətlə sevən ana obrazı yalnız müəllifin anasının obrazı kimi deyil, bütövləşmiş ana obrazı kimi oxucuda təəssürat oyadır. Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” əsərində müəllifin özü ilə bağlı, həmçinin doğmalarının xatirəsini yaşadan xatirələr geniş yer almışdır. Cəmiyyətə Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli kimi övladlar bəxş etmiş atanın obrazı oxucuya bütöv şəkildə təqdim edilə bilir. Ədib atasının onların təhsil almaq üçün uzaqlara getmələrinə məyus olma məqamını ibrətli şəkildə açıqlamağa nail ola bilmişdir. Qısa epizod şəklində müəllifin bacılarını xatırlaması, qırx ildən artıq bacılarını görməməsi ürək ağrısı ilə təsvir edilməsinə rəğmən, böyük bacının canlı obrazı gözümüzdə canlandırılır: “Yazıq, bədbəxt bacımız bizə qarşı davranış tərzini dəyişərək

soyuqlaşdı



“müstəqil”

davranmağa

başladı.” [2, 66]

Müəllif

çəkinmədən, təəssüf hissi ilə bacısının “müstəqil” davranışına aydınlıq da gətirir: “mənə deyirlər ki, o sanatoriyaya, ya da hansısa kişi dostlarının yanına gedib.” [2, 67]

Əsərdə real hadisələrin yuxu vasitəsilə təsvir edilməsi məqamı diqqəti cəlb edir. Əsərdəki bir çox hadisələri müəllifin yaşadığı mühacirət mühitinin təsvir edilmiş faktları mütləq həqiqətə iddialı olmasına baxmayaraq, bəzi məlum faktların müəllif tərəfindən əsərin süjet xəttinin qurulmasında bədii uydurmaya müraciət etməsini göstərir. Əsərdə təsvir edilən avtobioqrafik hadisələri müəyyən etmək bir qədər qəliz olsa da, bəzi təsvir edilən hadisələrin təsvirində ayrı-ayrı faktların bədii “təxmini” əyani şəkildə aydın tərtib edilir. Müəllifin “oxucu burada mənim yaşadığım sönük və yeknəsəq günlərdən başqa heç nə tapmayacaqdır” [2, 13] deməsinə rəğmən, əsərdə müəllifin yaşadığı həyatın, keçirmiş olduğu narahatçılıqların, duyğuların reallıq və qeyri-reallıq arasında təsvir etməsi oxucunun diqqətini əsərə yönəldir. Yuxunun yaradıcılıqla, istək və arzularla bağlı olması, şəxsiyyətin tərəqqi tendensiyaları haqqında fikirlər mövcuddur. Platon hesab edirdi ki, yuxu yaradıcılığın ilham mənbəyi kimi çıxış edir, Aristotelə görə yuxu fəaliyyətin davamıdır, Freydə görə isə yuxu xəyali həyata keçməyən şüuraltına sıxışdırılıb çıxarılmış istək və arzulardır, Yunqa görə isə yuxu şəxsiyyətin tərəqqisi tendesiyalarının sələfi kimi nəzərdən keçirilir. Yuxunun bədii söz sənətində yerinə yetirdiyi funksiya daha çox maraq kəsb edir. Ədiblər məhz yuxudan bir vasitə, ədəbi priyom kimi istifadə edirlər. Bu zaman yuxulardan istifadə məqamı diqqəti cəlb edir: I. Görülən yuxunun heç bir şeylə bağlı, əlaqədar olmaması; II. Görülən yuxunun sonradan həyata keçməsi, gələcəkdən xəbər verməsi; III. Görülən yuxu vasitəsilə keçmişə müraciət edilməsi. Ceyhun Hacıbəylinin qələmə aldığı əsərdə yuxarıda qeyd edilən yuxulardan istifadə məqamının hamısının öz əksini tapmasının şahidi oluruq. Məsələn, C. Hacıbəylinin dörd yaşında olarkən gördüyü yuxu fonunda real hadisənin təqdimi maraq doğurur: “Təxminən dörd yaşım olardı. Günlərin bir günü gecə yuxuda gördüm ki, bağımızla qonşu bağ arasındakı çəpərin üstündən qəfil bir alov peyda oldu. Səhərisi gün, obaşdandan yuxumda gördüyüm həmin yerdə Mirzə Süleymanın başı göründü; o, ailəmizin dostu, mömin bir adam idi... Dueldə öldürülən dayımızın faciəvi ölüm xəbərini bizə çatdırmağa gəlmişdi.” [2, 15]

“Bir il xəyallarda və bütöv bir ömür” adlı roman-esse müəllif fantaziyasının zənginliyi ilə seçilir. Əsərdə diqqəti cəlb edilən hadisələrdə müəllifin fantaziyalara müraciət etməsi oxucunu intizarda saxlamağa vadar etməklə, əsərin məzmununa xələl gətirmir. Roman-essedə hadisələr paralel şəkildə təqdim edilir: “Binadan çıxarkən pilləkan qarla örtülmüşdü... Biz yoldaşlarımı itirdiyim bağa daxil oluruq. Bağın bir küncündə meyvələri çiçəklərlə əhatələnmiş alçaqboy, balaca bir ağac görürəm. Meyvələrdən birini dərir və dadına baxıram. Bu dəfə də bağın lap aşağısında öz bağımızı görürəm. Məktəb yoldaşlarımın çoxu orada gilənar yığır.” [2, 41] C. Hacıbəyli oxuculara tanış olmayan, lakin dövrü üçün tanınmış insanları xatırlaması təqdirəlayiqdir. Əsərdə diqqəti çəkən əsas məqamlardan biri bu gün də qlobal problemə çevrilmiş terrorçuluğa müəllif münasibətidir. Ölkədəki milli qırğın amillərinə toxunan ədib bunun hələ sona yetmədiyini bir ziyalı kimi duymuş və göstərmişdir. “Bir il xəyallarda və bütöv bir ömür” əsərin tematikasında dini məsələlərə toxunulur. Dini fakt və dəyərlər əsərdə ümumi sosial-ictimai fonun yaradılması üçün istifadə edilir. “Bir il xəyallarda və bütöv bir ömür” əsərində bir sıra sosial ziddiyyətlərə dair müəllifin fikirləri işıqlandırılır. Məsələn, əsərin “Hamballar” başlıqlı bölməsində hambalların acınacaqlı yaşam tərzlərinə işıq salır. C. Hacıbəyli hambalları fars feodal sisteminin rədd etmiş olduğu işsizlər kütləsi kimi dəyərləndirir. “Zaqafqaziya bazarında öz taleyi ilə barışanlar zümrəsi” kimi dəyərləndirən müəllif onların acınacaqlı talelərinə ziyalıların biganə qalmadığını da qabarda bilmişdir. İstifadə edilmiş ədəbiyyat

1.

Ceyhun bəy Hacıbəyli. Seçilmiş əsərləri (Mühacirət dövrü), Bakı: Elm,

2006, 98 səh; 2.

Ceyhun Hacıbəyli “Bir il xəyallarda və bütöv bir ömür”. Bakı “XAN”

nəşriyyatı, 2016. 256 səh; 3.

Terrasse J. Rhetorique de 1'essai litteraire. – Montreal, 1977. – P. 1.

Copyright © 2024 DOKUMEN.SITE Inc.